Rusiyanın “Railgo” şirkəti ofislərində axtarış aparılması ilə bağlı məlumatları təkzib edib.
Şirkətdən bildirilib ki, bu gün – 25 iyul 2025-ci il tarixində “Railgo”nun ofisində iş adi ştat rejimində aparılıb.
Eyni zamanda, qeyd edilib ki, şirkətlə bağlı heç bir əməliyyat-istintaq tədbiri keçirilməyib.
Qeyd edək ki, “Railgo”nun ofisində axtarış aparılması barədə Rusiyanın “Mash” teleqram kanalı məlumat və foto yaymışdı.