EN

20 yaşlı oğlan kanalda batdı

Sabirabadda 20 yaşlı oğlan kanalda batıb.

Milli.Az-ın məlumatına görə, hadisə Qaragüney kəndində qeydə alınıb.

Kənd sakini Səfərağa Musayev suvarma kanalında boğulub.

Hazırda onun axtarışları davam edir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Milli.Az

Chosen
88
5
milli.az

10Sources