EN

Kreml rəsmisi Zəngəzur dəhlizindən imtina etdi - şok...


Əli Zülfüqaroğlu: “Zəngəzur dəhlizi ilə bağlı Peskovun açıqlaması səmimi deyil, çünki…”

“Zəngəzur dəhlizi ətrafında vəziyyət Ermənistan və Azərbaycanın suveren məsələsidir”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Rusiya Federasiyası ölkələr arasında tezliklə sülhün bərqərar olmasının tərəfdarıdır.

Peskovunməlum bəyanatı bir sıra sualların yaranmasına səbəb olub. Peskov bununla demək istəyib ki, Zəngəzur dəhlizi məsələsi ilə bağlı Azərbaycanla Ermənistanın işinə qarışmırıq?

“Azərbaycanın formalaşdırdığı diplomatik mexanizmlər Rusiyanın Azərbaycana təzyiqkartlarını əlindən alıb”

Siyasi şərhçi Əli Zülfüqaroğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiya Zəngəzur dəhlizinin 10 noyabr bəyanatına uyğun olaraq açılmasını istəyirdi. Bəyanatda Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Zəngəzur dəhlizinin təhlükəsizliyin təmin olunması nəzərdə tutulurdu: “Təbiiki, Azərbaycan Naxçıvana manesiz gediş-gəlişin təmin olunmasıvə Zəngəzur dəhlizinin açılması üçün buna etiraz etmirdi. İran isə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxdı, Rusiyaya təzyiq etdi ki, bu məsələyə loyal yanaşsın. Buna görə də Rusiya dəhlizin açılması ilə bağlı Ermənistana təzyiq etmədi. Nəticədə, proses gecikdi və getdikcə daha mürəkkəb xarekteralmağa başladı. Təbii ki, Azərbaycan yalnız öz maraqları konteksindən çıxış edir və Zəngəzur dəhlizinin açılmasına çalışır. Rəsmi Bakının prinsipial mövqeyi ondan ibarətdir ki, Azərbaycanın digər ərazilərindən Naxçıvana manesiz gediş-gəliş mütləq şəkildə təmin olunmalıdır. Azərbaycan bununla demək istəyirdi ki, Rusiya 10 noyabr bəyanatına uyğun olaraq Zəngəzur dəhlizinin açılmasını istəyirsə Ermənistana ciddi təzyiq etməlidir. Ancaq bu baş vermədi və müxtəlif alternativ layihələr ortaya çıxdı”

Həmsöhbətimiz hesab edir ki, Zəngəzur dəhlizinin açılması sülh sazişindən sonrakı prosesdir. Azərbaycanın sülh sazişi ilə bağlı əsas iki şərti var: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı yer alan yalan ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk Qrupunun ləğv olunması. Görünən odur ki, Rusiya da Fransa kimi sülh sazişinin imzalanmaması üçün səy göstərir. Son zamanlar Ermənistanda baş verən proseslər onu göstərir ki, kilsə, revanşist qüvvələr və rusiyalı milyarder Karapetyan tərəfindən hökumətin devrilməsi istiqamətdə atılan addımlar məhz sülh danışıq proseslərinin pozulmasına yönəlib. Təbii ki, Azərbaycan önləyici tədbirlər görür, bölgədə diqtə edən tərəfdir, prosesləri nəzarətdə saxlaya bilir. Bu səbəbdən də Bakının ikitərəfli görüşlərin davam etdirilməsi və Minsk qrupunun ləğvi ilə bağlı irəli sürdüyü şərtlər üçüncü qüvvələrin prosesdən kənarlaşdırılmasına hesablanıb. Üçüncü qüvvələr bölgədə münaqişənin davam etməsinin tərəfdarıdır. Ona görə də Azərbaycan tərəfi uzaq perspektivə hesablanan addımlar atır”.

Ə.Zülüfqaroğlu əlavə edib ki, Rusiya da Azərbaycanla münasibətlərin daha gərgin xarakter almasından ehtiyat edir: “Çünki Rusiyanın, Ukrayna savaşının nəticəsi olaraq, beynəlxalq mövqeləri ciddi zərbə alıb. Bununla yanaşı, Rusiyanın iqtisadi problemləri var, geosiyasi dayaqları sarsılıb. Belə olan halda Rusiya bölgə dövlətləri ilə diqqətli siyasət yürütməyə məcburdur, xüsusilə Azərbaycanla. Nəzərə almaq lazımdır ki, Azərbaycan bölgədə ciddi aktor olaraq önə çıxır. Həmçinin, Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa bəyannaməsi dəölkəmizin uzaq perspektivə hesablanan hədəflərindən biridir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın formalaşdırdığı diplomatik mexanizmlər Rusiyanın Azərbaycana təzyiqkartlarını əlindən alıb. Bu baxımdan hesab edirəm ki, Rusiya bölgədə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olmasa da, ölkəmizlə daha kəskin münasibətlərin formalaşması və inkişaf etməsindən ehtyat edir. Belə olan halda Rusiyanın beynəlxalq mövqeləri ilə bağlı daha gərgin mühit yarana bilər. Bu baxımdan hesab edirəm ki, Zəngəzur dəhlizi ilə bağlı Peskovun açıqlaması səmimi deyil. Çünki Zənzəgür dəhlizi beynəlxalq güclərin qarşıdurma mərkəzlərindən biridir. İstər Avropa İttifaqı, istər ABŞ bu məsələdə təsir imkanlarını əldə saxlamağa çalışır. Təbii ki, Azərbaycan öz maraqları kontekstindən çıxış edir və gec-tez problemi həll edəcək”.

Günel CƏLİLOVA

Chosen
91
3
baki-xeber.com

10Sources