EN

Vüqar Qurbanov bu xəstəxanaya direktor təyin etdi

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru vəzifəsinə təyinat olub.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

Müvafiq əmrlə Ravil Həbib oğlu Qənbərov Yardımlı RMX-nin direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu ilin mart ayında Yardımlı RMX-nin direktoru Rasim Əkbərov vəzifəsindən azad olunub, yerinə müvəqqəti olaraq Ravil Qənbərov gətirilib. Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub.

Chosen
48
6
manset.az

10Sources