EN

Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-dəSomali Federativ Respublikasının xarici işlər və beynəlxalqəməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-əverilən məlumata görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, ocümlədən Somali ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyidiqqətə çatdırılıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslamƏməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlıdəstəkdən məmnunluq ifadə olunub.

Görüş zamanı Azərbaycan ilə Somali arasında sərmayə qoyuluşu,kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji,humanitar və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdənkeçirilib.

Məqalədə:
Chosen
67
23
az.trend.az

10Sources