Bakı. Trend:
Azərbaycanla Beynəlxalq Valyuta Fondu (BVF) arasında fiskalsiyasət sahəsində əsas islahatlar gündəliyi və bu islahatlaraBVF-nin mümkün dəstək imkanları barədə fikir mübadiləsiaparılıb.
Trend-ə bubarədə Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, maliyyə naziri Sahil Babayev Beynəlxalq ValyutaFondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonunrəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı ölkədəbaş verən makroiqtisadi və makrofiskal proseslər, ilin sonuna vəortamüddətli perspektivlər, eləcə də son dövrlərdə həyatakeçirilmiş təşəbbüslər və planlar, həmçinin növbəti ilinəvvəllərində keçirilməsi planlaşdırılan BVF-nin IV Maddə üzrəməsləhətləşmələr missiyası ilə bağlı müzakirələr aparılıb.
BVF nümayəndə heyətinə növbəti ortamüddətli dövr üzrəmakrofiskal çərçivənin komponentləri, gəlir və xərc siyasətininəsas istiqamətləri, dövlət maliyyəsinin idarə edilməsi sahəsindəhəyata keçirilən islahatlar və gözlənilən nəticələr barədə ətraflıməlumat verilib. Tərəflər həmçinin fiskal siyasət sahəsində əsasislahatlar gündəliyi və bu islahatlara BVF-nin mümkün dəstəkimkanları barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı Azərbaycanla BVF arasında mövcud olan əməkdaşlıqdanməmnunluq ifadə olunub, Azərbaycan hökumətinin bu əməkdaşlığın dahada genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Fond tərəfindəntəqdim olunan texniki yardım proqramlarının və məsləhətxidmətlərinin ölkəmizdə makroiqtisadi sabitliyin və fiskalidarəetmənin gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.