EN

Moskvada “Railgo” şirkətinə axtarış - Sahibi Azərbaycanlıdır

BAKI, 25 iyul. TELEQRAF

Rusiyanın hüquq-mühafizə orqanları Moskvanın Lujniki ərazisində yerləşən "Railgo" neft məhsullarının daşınması şirkətinin ofisində axtarış aparıb.

Teleqraf xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, axtarışlara xüsusi təyinatlı qüvvələr və istintaqçılar cəlb olunub.

Bildirilir ki, hüquq-mühafizə əməkdaşları sənədləri müsadirə edib və əməkdaşların binanı tərk etməsinə icazə verilməyib.

Qeyd edək ki, "Railgo" şirkətinin sahibi Azərbaycandan olan Rəxman Xəlilovdur.

Chosen
67
teleqraf.com

1Sources