EN

"Fiorentina" Kessini yenidən hədəfə alıb

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edən yarımmüdafiəçi Frank Kessi İtaliyanın "Fiorentina" klubunun transfer hədəfləri sırasına yenidən daxil olub.

90deqiqe.Az-ın məlumatına görə, daha əvvəl florensiyalıların yüksək maliyyə xərclərinə görə kot-d’ivuarlı futbolçunun transferindən imtina etsədə, indi vəziyyət dəyişib və "Fiorentina" rəhbərliyi yaxın günlərdə Kessinin mümkün transferi ilə bağlı rəsmi sorğu göndərməyə hazırlaşır.

Mənbənin məlumatına görə, A Seriyası təmsilçiləri 28 yaşlı oyunçunu komandaya cəlb etmək üçün ciddi səylər göstərməlidirlər. Klub Kessini razı salmaq üçün onu layihənin əsas fiquru kimi görməlidir.

Ötən mövsüm Frank Kessi klub səviyyəsində 44 oyuna çıxıb, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı bazar dəyəri təxminən 14 milyon avro olaraq qiymətləndirilir.

Chosen
50
90deqiqe.az

1Sources