EN

Zəngəzur dəhlizi regional logistikanı gücləndirəcək - Özbəkistan Nəqliyyat Nazirliyinin hesabatı

Daşkənd. Trend:

Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələrinə faydalıolacaq.

Trend xəbər verirki, bu barədə Özbəkistan nəqliyyat nazirliyinin tərəfdaşları iləbirgə hazırladığı analitik hesabatda deyilir.

Hesabata görə, Bakı-Tbilisi-Qars marşrutunun yüklənməsininazaldılması üçün aktual tədbirlərdən biri Zəngəzur dəhlizinin –Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasınıbirləşdirəcək 43 kilometrlik dəmir yolu sahəsinin istifadəyəverilməsi ola bilər.

“Bu “Asiya–Avropa” nəqliyyat-loqistika zəncirində iştirak edənölkələrə müsbət təsir göstərəcək, Asiya ölkələrinin Avropa bazarınaquru yollarla çıxışını asanlaşdıracaq, regionun loqistikaimkanlarını genişləndirəcək və tranzit xidmətlərinə xarici tələbatıartıracaq.

Hazırda fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolunda yükqatarları Gürcüstan ərazisindən 250 km məsafə qət etməli olur,halbuki Zəngəzur dəhlizi ilə bu məsafə xeyli qısadır.

Əgər dəmir yolu xətləri sərhədə yaxın yerləşən Ağbənd kəndinədəkuzadılarsa, Azərbaycanla Türkiyə arasındakı ümumi məsafə 343kilometr azalacaq. Bu isə yükdaşımalar zamanı həm vaxt, həm dəmaliyyə baxımından qənaətə səbəb olacaq, həmçinin Gürcüstanüzərindən keçən mövcud marşrutla müqayisədə yolu bir günqısaldacaq.

Bununla yanaşı, hesabatda qeyd olunur ki, Zəngəzur dəhlizininfəaliyyətə başlaması Bakı-Tbilisi-Qars xəttinin əhəmiyyətiniazaltmayacaq. Hər iki marşrut bir-birini tamamlayacaq və regionallogistikanın inkişafı üçün əlavə imkanlar yaradacaq.

Məqalədə:
Chosen
78
4
az.trend.az

5Sources