Aktual.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.
"Bu gün vətənə qayıtmaqdan imtina edən, burada qalmaq istəyən hərbi əsirlər var. Bəziləri yoxlamadan sonra Rusiya Silahlı Qüvvələrinin komandanlığı altındakı Ukrayna ordusunun əsgərlərindən yaradılmış bölmələrlə müqavilə imzalayır”, - Vodolatski bildirib.