Aktual.az-ın verdiyi xəbərə görə, yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus ərazidə qeydə alınıb.
Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.