EN

Rusiyada güclü partlayış: 3 nəfər həlak oldu

Vətəninfo.az xəbər verir ki, Rusiyanın Saratov şəhərində  çoxmərtəbəli binada qaz sızması nəticəsində partlayış baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, biri uşaq olmaqla 3 nəfər ölüb.

Dağıntılar altında insanlar ola bilər. Hadisə yerində xilasedicilər işləyir.

Partlayış 7-ci mərtəbədən 10-cu mərtəbəyə qədər olan künc girişini dağıdıb.

Chosen
45
veteninfo.az

1Sources