EN

Gəncəyə raketlər düşəndə mən oradaydım - Corc Dik erməni hücumları barədə danışıb

Bakı. Trend:

Gəncəyə raketlər düşəndə mən oradaydım.

Trend xəbər verirki, bunu İsrailin Bakıdakı səfiri Corc Dik jurnalistlər üçünkeçirdiyi brifinqdə İkinci Qarabağ müharibəsi zamanı ermənilərinşəhəri raketlərdən atəşə tutmasını xatırlayarkən deyib.

“Gəncəyə raketlər düşəndə mən ordaydım. Artur Mayakovun – 13yaşında olanvə yuxuda ikən həlak olmuş oğlan üçün axıdılan gözyaşlarını gördüm”.

O, həmçinin 7 oktyabrda İsraildə törədilən terror hücumlarındansonra göstərilən həmrəylik dalğasını da xatırladıb.

“7 oktyabrdan sonra gördüyümüz həmrəyliyi heç vaxtunutmayacağam. Azərbaycanlılar səfirliyimizin qarşısına gül vəşamlar gətirirdilər. Səkkiz yaşlı Ayla səfirliyimizin qapısına özoyuncaq ayısını qoydu – bu hərəkət eyni anda həm ürəyimi parçaladı,həm də ona bir şəfa oldu”, – deyə o vurğulayıb.

İsrail və Azərbaycan xalqları arasında uzunmüddətlimünasibətlərdən danışan diplomat bildirib ki, bu dostluğun kökləriəsrlər əvvələ gedib çıxır və rəsmi əlaqələrdən qat-qat dərin vəəhatəlidir.

“Xalqlarımız arasında olan dostluq çox dərin və qədimdir. Budostluğun əsrlərlə yaşı var. Bu, Lev Landau, Azərbaycanın MilliQəhrəmanı Albert Aqarunov, Birinci Qarabağ müharibəsində həlakolmuş Vahid Azizov və 7 oktyabrda İsrail kəndlərini müdafiə edərkənşəhid olan onun nəvəsi Lior Azizovun mirasıdır”, – deyə səfir əlavəedib.

Məqalədə:
Chosen
56
1
az.trend.az

2Sources