Ağstafa şəhəri, Heydər Əliyev prospekti, 53 ünvanında vətəndaş Elşən Musayevə məxsus torpaq sahəsi rayon sakini Mircəlal Mahmudov tərəfindən mənimsənilib. Qeyri-qanuni yollarla ələ keçirilən ərazi üzrə məhkəmə prosesinin davam etməsinə baxmayaraq tikinti işlər davam edir.
“Göründüyü kimi bu şəxslər məhkəmə qərarını nəzərə almırlar”,- deyən vəkil paylaşımına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini də işarələyərək tədbirlər görülməsini xahiş edib.
Qeyd edək ki, sözügedən ərazinin ilk sahibi Elşən Musayev torpağı 19 fevral, 2004-cü il tarxidə Ağstafa Bələdiyyəsindən alqı-satqı yolu ilə alıb, 19.09.2007-ci ildə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin plan ölçüsü” təsdiqlənib və nəhayət 08 oktyabr, 2008-ci ildə rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə tikintisinə icazə verilib. Lakin sonradan sözügedən ərazi qeyri-qanuni yollarla başqası tərəfindən ələ keçirilib.
Hazırda iş üzrə məhkəmə prosesi gedir.


