ABŞ Dövlət Departamentinin, Rusiya-Ukrayna müharibəsi davam edərkən Kiyev rəhbərliyinə 330 milyon dollar dəyərində hərbi avadanlıq və xidmət satışına razılıq verdiyi bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yyaıb.
Bildirilib  ki, 180 milyon dollarlıq satış çərçivÉ™sindÉ™ Ukraynanın hazırda sahib olduÄŸu ABÅž istehsalı olan hava hücumundan müdafiÉ™ sistemlÉ™rinin tÉ™miri vÉ™ yenilÉ™nmÉ™si, elÉ™cÉ™ dÉ™ bu sistemlÉ™rin istifadÉ™sinÉ™ dair personalın tÉ™limi dÉ™stÉ™klÉ™nÉ™cÉ™k.Â
150 milyon dollarlıq digər satış çərçivəsində isə ABŞ istehsalı olan M109 haubitsalarının təmir, texniki qulluq və modernizasiyası həyata keçiriləcək.
Satışın, Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı özünü müdafiə qabiliyyətini artıracağına diqqət çəkilən açıqlamada, bu barədə ABŞ Konqresinin məlumatlandırıldığı qeyd olunub.
Konqresə göndərilən silah satışı təsdiqlərinə 15 günlük etiraz müddəti tanınır. Bu müddət ərzində Konqresdən hər hansı bir etiraz gəlməzsə, silah satışı rəsmiləşir.
ABŞ Dövlət Departamenti dünən verdiyi açıqlamada da Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmaq və zirehli döyüş avadanlıqları təmin etmək məqsədilə Kiyev rəhbərliyinə 322 milyon dollar dəyərində silah satışının təsdiqləndiyini elan etmişdi.