EN

"Araz-Naxçıvan" Rahil Məmmədovun transferini açıqladı

BAKI, 25 iyul. TELEQRAF

UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-ağlar" mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb.

29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.

Qeyd edək ki, Rahil Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.

Chosen
16
13
teleqraf.com

10Sources