EN

İstanbulda nüvə danışıqları başladı

Bu gün İstanbulda İran, Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqlarının bərpası ilə bağlı görüş keçirilir.

​​​​​​"Cebheinfo.az" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, danışıqlar İranın İstanbulda Baş Konsulluğunda başlayıb.

Görüşdə İranı xarici işlər nazirinin müavinləri Məcid Tahtrevənçi və Kazem Qaribabadi təmsil edir.

Görüş mətbuata qapalı şəkildə keçirilir.

​​​​​​"Cebheinfo.az"

Chosen
13
5
cebheinfo.az

7Sources