EN

Dünya bazarında neftin qiyməti qalxır

Dünya bazarında neftin qiyməti bu gün səhər saatlarından artmağa başlayıb və əvvəlki günün yüksəliş tendensiyası davam edir.

Publika.az bu barədə dünya ticarət məlumatlarına istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 09:35-ə olan məlumata görə, "Brent" markalı sentyabr fyuçerslərinin qiyməti 0,49% artaraq bir barel üçün 69,54 dollara, WTI markalı neftin sentyabr fyuçersləri 0,5% artaraq 66,36 dollara çatıb. Beləliklə, cümə axşamı "Brent" neftinin qiyməti 0,98%, WTI isə 1,49% bahalaşıb.

Adəm

Chosen
23
publika.az

1Sources