EN

Banklar üçün valyuta riskini azaldan yeni mexanizm işə düşüb – Ekspert açıqladı

Azərbaycan Mərkəzi Bankı real sektorun maliyyələşməsində dayanıqlığı təmin etmək məqsədilə valyuta risklərinin hedc olunmasına xidmət edən yeni maliyyə alətini istifadəyə verib.

Sözügedən mexanizm kommersiya banklarının və digər kredit təşkilatlarının xarici valyutada cəlb etdiyi vəsaitləri manata çevirməklə daxili bazara yönəltməsinə şərait yaradır.

Maliyyə eksperti, Banklar Assosiasiyasının Ekspert Qrupunun üzvü Özal Talıblı bildirir ki, bu addım kreditlərin ucuzlaşmasına, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının genişlənməsinə xidmət edəcək.

valyuta-risklərihedcÖzal Talıblı
Chosen
35
marja.az

1Sources