EN

"Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Səhiyyə Nazirliyindən Füzulidə tibbi aksiya (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işğaldan azad olunmuşərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində kompleks tibbimüayinələr və sağlam həyat tərzinin təşviqinə dair maarifləndiricitədbirləri davam etdirir.

Trend xəbərverir ki, növbəti belə aksiya bugün Füzuli şəhərində keçirilib.

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik M.A. Topçubaşovadına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) həkim briqadası yerli əhaliüçün tibbi müayinələr və konsultasiyalar təşkil edib.

Aksiyanın əsas məqsədi müxtəlif cərrahi və terapevtikpatologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərinaparılması və vətəndaşlara konsultativ tibbi xidmətləringöstərilməsi olub.

Cərrah qastroenteroloqlar, damar və endokrin cərrahı,kardiocərrah, terapevt qastroenteroloq, nefroloq və digər ixtisaslımütəxəssislərin yer aldığı tibb heyəti tərəfindən əhaliyə tibbibaxış keçirilib, elektrokardioqrafiya (EKQ) və digər diaqnostikmüayinələr aparılıb.

Ümumilikdə, aksiya müddətində 170 nəfərə yaxın vətəndaş tibbimüayinədən keçib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış”adəstək məqsədilə digər azad olunmuş bölgələrdə də bu qəbildən olantibbi və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.

Chosen
4
13
az.trend.az

10Sources