EN

İki nəfəri ilan sancdı - Vəziyyətləri ağırdır - Yenilənib

Azərbaycanda iki nəfəri ilan sancıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Şəki və Ağsuda qeydə alınıb.

Belə ki, Ağsu rayonunun Curuxlu kənd sakini 17 yaşlı Eyyubov Emin Heybet oğlunu ilan sancıb. O, Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Şəkidə isə rayonun Aşağı Göynük kənd sakini 54 yaşlı Zamanov Cəlil Səməd oğlu yaşadığı evin həyətyanı sahəsində işləyərkən sağ əlindən ilan sancıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb. Lakin onun vəziyyəti ağır qiymətləndirilir, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyulun 24-ü saat 22:10 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ilan sancması səbəbilə 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub. 

Zəruri tibbi yardım göstərilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab inyeksiya olunub.

Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Chosen
37
4
qafqazinfo.az

10Sources