EN

Kremlin Zəngəzur dəhlizi ilə bağlı bəyanatı

AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov belə deyib.

“Biz Azərbaycan və Ermənistan arasında danışıqları hər cür dəstəkləyirik. Biz istəyirik ki, Bakı və İrəvan müqaviləni tez bir zamanda imzalasınlar. Lazım gələrsə, bu prosesə istənilən yardımı göstərməyə hazır olduğumuzu nümayiş etdirəcəyik”,- Kremlin sözçüsü bildirib.

Zəngəzur dəhlizi ABŞ-nin nəzarətilə reallaşa bilər: İrəvan istisna etmir| VİDEO
Peskovun sözlərinə görə, Zəngəzur dəhlizi ətrafında vəziyyət isə Ermənistan və Azərbaycanın suveren məsələsidir.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Xarici İşlər nazirinin müavini Mnatsakan Səfəryan, bütün prinsiplərə əməl ediləcəyi təqdirdə, İrəvanın Sünik rayonunda (Qərbi Zəngəzur) yolun bir hissəsinə nəzarətin beynəlxalq şirkətə verilməsinin əleyhinə olmadığını açıqlayıb.

İspan mətbuatı isə, erməni diasporunun üzvlərindən aldığı sənədə istinadən, Ermənistan hökumətinin Bakı və Vaşinqtonla Zəngəzur dəhlizinin Amerikanın özəl hərbi şirkətinin nəzarətinə verilməsi barədə razılığa gəldiyini yazıb. Lakin rəsmi İrəvan bu xəbəri təkzib edib.

Sahil İsgəndərov
AzVision.az


Chosen
76
50
azvision.az

10Sources