EN

Komitə sədri Bahar Muradova Qusarda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 25 iyul, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 1-də saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək, onların müraciətlərini dinləyəcək.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Qusar və Quba rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Chosen
73
3
azertag.az

7Sources