EN

Azərbaycanın bank sektorunun son göstəriciləri açıqlandı

Bakı. Trend:

Cari ilin iyunun sonuna Azərbaycanda fəaliyyət göstərən 22bankın filiallarının sayı 496, şöbələrinin sayı 86, ATM-lərin sayı3 min 355 olub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, hesabat ayında bank sektorunda çalışanların sayı0,4% və ya 106 nəfər artaraq, 26 min 71 nəfər təşkil edib.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 56,734 milyard manat,cəmi öhdəlikləri 49,788 milyard manat, balans kapitalı 6,946milyard manat olub. İyun ayında bankların cəmi aktivləri 0,3%, cəmiöhdəlikləri 0,2%, balans kapitalı isə 1,3% artıb.

Hesabat ayında bankların kredit portfeli 0,3% və ya 85,6 milyonmanat artaraq 28,472 milyard manat olub. Kredit portfelininstrukturunda biznes kreditləri 53,2% (15,144 milyard manat),istehlak kreditləri 31,3% (8,898 milyard manat) və ipotekakreditləri 15,5% (4,430 milyard manat) yer tutub.

Bankların öhdəliklərinin strukturunda depozit portfeli cəmiöhdəliklərin 75%-ni və ya 37,353 milyard manat təşkil edir. Depozitportfelinin 59,7%-i (22,293 milyard manat) hüquqi şəxslərin,40,3%-i (15,061 milyard manat) fiziki şəxslərin depozitlərindən(fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləriistisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 67%-i (10,096 milyard manat)milli valyutada, 33%-i (4,965 milyard manat) xarici valyutadadır.Fiziki şəxslərin əmanət portfelinin 62,5%-i (9,408 milyon manat)müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətliəmanətləri iyun ayında 2,3% və ya 209.6 milyon manat, tələbliəmanətləri isə 2,1% və ya 116,9 milyon manat artıb.

2025-ci ilin iyun ayında bank sektoru üzrə unikal müddətliəmanətçi sayı 1,9% (3 min 112 əmanətçi), ilin əvvəlindən isə 11,7%(17 min 654 əmanətçi) artıb.

Hüquqi şəxslərin tələbli depozitləri 17,048 milyard manatolmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76,5%-ni təşkiledib.

2025-ci ilin yanvar-iyun aylarında banklar 576,6 milyon manatxalis mənfəət, 881 milyon manat məbləğində əməliyyat mənfəəti əldəedib. Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 134,1 milyonmanat məbləğində mənfəət vergisi ödənilib.

Chosen
44
3
az.trend.az

5Sources