EN

Bankların xalis mənfəəti 6% azalıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında banklar 576,6 milyon manat xalismənfəət əldə edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə37,4 milyon manat və ya 6,1% azdır.

Bununla yanaşı, banklar 881milyon manat məbləğində əməliyyatmənfəəti əldə ediblər ki, bu da, illik müqayisədə 5,5 milyon manatvə ya 0,6% çoxdur.

Hesabat dövründə banklar tərəfindən ümumilikdə 134.1 milyonmanat (illik müqayisədə 10 milyon manat, yaxud da 8% çox)məbləğində mənfəət vergisi ödənilib.

Belə ki, ötən ilin birinci yarısında banklar tərəfindən 614milyon manat xalis mənfəət, 875,5 milyon manat məbləğində əməliyyatmənfəəti generasiya edilib, ümumilikdə 124,1milyon. manatməbləğində mənfəət vergisi ödənilib.

Chosen
41
az.trend.az

1Sources