Taylandın Quru Qoşunları Komandanlığı bildirir ki, Kamboca tərəfi “Qrad” çoxsaylı raket atəş sistemi ilə mülki obyektləri hədəf alaraq Tayland ərazisinə atəş açır...
Poliqon xəbər verir ki, bu barədə Tailand komandanlığının yaydığı bəyanatda qeyd edilir.
“Quru Qoşunları Komandanlığı Kamboca qoşunlarının uzaqmənzilli artilleriya vasitələri, xüsusən də çoxsaylı raket atəş sistemləri ilə Tayland ərazisində mülki obyektlərə zərbələr endirməsini qəti şəkildə pisləyir”, deyə bəyanatda bildirilir.
Tayland qoşunlarının əməliyyat şəraitinə uyğun olaraq “layiqli cavab” verdiyi vurğulanır.
Qeyd edək ki, iyulun 24-nə keçən gecə Taylandla Kamboca arasındakı sərhəddə mübahisəli ərazidə quru qoşunları arasında atışmalar başlayıb. Tayland hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda ittiham edib. Daha sonra ölkənin Hərbi Hava Qüvvələri qonşu ölkə ərazisində hədəflərə zərbələr endirib. Bu hadisələr Banqkok və Pnompen arasında gərginliyin yenidən artmasına səbəb olub. Sərhəddə baş verən atışmaların daha geniş münaqişəyə çevrilə biləcəyi barədə suallar qalmaqdadır.
Tayland və Kamboca arasındakı sərhəd mübahisəsi 1904-cü ildə Siyan Krallığı (o zamanlar Taylandın adı) ilə Üçüncü Fransız Respublikası arasında imzalanmış müqaviləyə əsaslanır. Bu sənəddə Siyanın qonşu Fransaya məxsus ərazilərlə sərhədləri müəyyənləşdirilib. Lakin 1953-cü ildə Kambocanın Fransadan müstəqillik qazanmasından sonra sərhəd xətti mübahisəli mövzuya çevrilib.
Poliqon.info