EN

Google 2000-dən çox Rusiyayönlü YouTube kanalını sildiyini açıqlayıb

Google şirkəti 2000-dən çox Rusiyayönlü YouTube kanalını silib...

Poliqon xəbər verir ki, bu addım dezinformasiyaya qarşı mübarizə çərçivəsində atılıb. CNN-in məlumatına görə, sözügedən kanallar Ukraynanı, NATO-nu və ümumilikdə Qərbi tənqid edən, həmçinin Rusiyanın maraqlarını təbliğ edən materiallar yayımlayıb.

Google-un bu sahəyə cavabdeh bölməsi olan Threat Analysis Group (Təhlükə Analizi Qrupu) bildirib ki, kanallar koordinasiyalı şəkildə dezinformasiya yaymaqla məşğul olub. Şirkət qeyd edib ki, bu fəaliyyətlər Rusiyanın maraqları ilə üst-üstə düşür və onlara xidmət edir.

Google əlavə edib ki, bu cür tədbirlər şirkətin platformalarında şəffaflığı və etibarlı məlumat axınını qorumaq məqsədi daşıyır. Rusiya ilə əlaqəli silinmiş kanalların böyük hissəsi mütəmadi olaraq Qərb ölkələrinə qarşı yönəlmiş tənqidi və manipulyativ məzmunlar paylaşırmış.

Şirkət bu cür kanalların platformada yalan məlumat yaymaqla istifadəçiləri çaşdırdığını, ictimai rəyi formalaşdırmağa çalışdığını və süni təsir kampaniyalarının bir hissəsi olduğunu bildirib.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources