Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhərdən bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
10Sources
-
Ajans.azŞimşək çaxacaq, dolu düşəcək- XƏBƏRDARLIQ ( 19752020)
-
unikal.azSabahın hava proqnozu açıqlandı ( 19751861)
-
azedu.azBu gün hava necə olacaq? ( 19750907)
-
azedu.azBu günün HAVASI ( 19749083)
-
xalqqazeti.azAbşeronda yağmursuz, bəzi bölgələrdə yağış... ( 19748150)
-
newscenter.azİstirahət günü hava necə olacaq? ( 19741430)
-
bizimyol.infoİyulun 27 nə olan hava proqnozu ( 19740395)
-
news24.azBazar gününün havası açıqlandı ( 19732223)
-
7news.azBazar gününün havası açıqlanıb ( 19734722)
-
dogru.azİyulun 27-nə olan hava proqnozu açıqlandı ( 19734479)