EN

Bosniya və Herseqovinada meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşır

Bakı. Trend:

Bosniya və Herseqovinanın Prozor-Rama bələdiyyəsində böyükmiqyaslı meşə yanğını baş verib.

Trend-inməlumatına görə, alovların Kolivret, Podbor və Ploçe bölgələrindəyerləşən yaşayış məntəqələrinə doğru irəlilədiyi bildirilir.

Regionun Mülki Müdafiə Qərargahının nümayəndəsi Pero Pavloviçyanğının çox ciddi xarakter daşıdığını və beynəlxalq yardımınistənildiyini açıqlayıb.

Hazırda güclü külək yanğının söndürülməsini çətinləşdirir, buisə təhlükənin daha geniş əraziyə yayılmasına səbəb ola bilər.

Hadisə ilə bağlı əlavə məlumatlar yaxın saatlardagözlənilir.

Chosen
29
az.trend.az

1Sources