EN

Almaniyada yük avtomobili yaşayış binasına çırpılıb

Bakı. Trend:

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Oberhauzenşəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in “Bild”qəzetinə istinadla verdiyi məlumata görə, axşam saatlarında başverən hadisə zamanı yük avtomobili yaşayış binasına çırpılıb.

Nəticədə azı iki nəfər həlak olub, bir neçə nəfər isə müxtəlifdərəcəli xəsarətlər alıb. Həlak olanlardan birinin yol hərəkətindəolan qadın piyada, digərinin isə avtomobilin sürücüsü olduğubildirilir.

İlkin ehtimallara görə, qəzanın baş verməsinə sürücününidarəetməni itirməsi səbəb olub.

Hadisə yerinə çoxsaylı xilasedici qüvvələr və təcili tibbiyardım helikopteri cəlb olunub. Hazırda qəzanın səbəbləri ilə bağlıaraşdırma aparılır.

Chosen
53
az.trend.az

1Sources