EN

"FourFourTwo" "Barselona" tarixinin ən yaxşı 50 futbolçusunu müəyyənləşdirib

Məşhur britaniyalı idman nəşri "FourFourTwo" “Barselona” klubunun tarixində iz qoymuş 50 ən yaxşı futbolçunun siyahısını tərtib edib.

90deqiqe.Az-ın məlumatına görə, reytinqə katalon klubunun əfsanəvi hücumçusu Lionel Messi başçılıq edir.

İkinci pillədə klubun sabiq kapitanı və hazırda baş məşqçisi olan Xavi Ernandes qərarlaşıb. İlk “üçlüy”ü isə digər sabiq yarımmüdafiəçi – Andres İnyesta tamamlayıb.

“FourFourTwo”nun versiyasına əsasən “Barselona” tarixinin Top-10 futbolçusu:

Lionel Messi

Xavi Hernandes

Andres İnyesta

Yohan Kroyff

Ronaldinyo

Dieqo Maradona

Samuel Eto′O

Ronald Kuman

Sesar Rodriges

Mikael Laudrup

Qeyd edək ki, Lionel Messi “Barselona” akademiyasına 2000-ci ildə qoşulub və 2021-ci ilə qədər klubun əsas heyətində çıxış edib. Bu müddət ərzində o, 778 oyunda meydana çıxaraq 672 qol vurub və 303 assistlə yadda qalıb. Messi “Barselona” forması ilə yeddi dəfə “Qızıl top” mükafatını qazanıb.

Chosen
47
90deqiqe.az

1Sources