EN

“Mən qərara gəldim ki, Fransa Fələstin dövlətini tanıyacaq” Makron

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə baş verən humanitar böhranla bağlı bəyanatla çıxış edib.

Yeniavaz.com xəbər verir ki, o, sosial şəbəkə platforması “X” vasitəsilə verdiyi açıqlamada Qəzza zolağında müharibənin dərhal dayandırılmasına və mülki əhaliyə təcili yardım göstərilməsinə çağırıb.

“İndi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir”, – deyə Makron bildirib.

Eyni zamanda Fransa rəhbəri qeyd edib ki, rəsmi Paris bu ilin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının sessiyası zamanı Fələstin dövlətini rəsmən tanıyacaq.

“Mən qərara gəldim ki, Fransa Fələstin dövlətini tanıyacaq. Mən bunu bu ilin sentyabrında BMT Baş Assambleyasında təntənəli şəkildə elan edəcəyəm”, – deyə Prezident vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
65
2
yeniavaz.com

10Sources