EN

Tələbə təqaüdlərinin məbləği artırıldıVİDEO

Tələbə təqaüdlərinin məbləği artırılıb.

Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədə əsasən, doktorantura səviyyəsində təhsil alanlar üçün elmlər doktoru hazırlığı üzrə təqaüdün məbləği 450 manat , fəlsəfə doktoru hazırlığı üzrə isə 300 manat müəyyən edilib.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsində təhsil alan tələbələrdən akademik göstəriciləri 91–100 bal arası olanlara 240 manat, 71–90 bal arası olanlara 180 manat, 51–70 bal arası olanlara isə 120 manat təqaüd veriləcək.

Bakalavriat səviyyəsində (o cümlədən əsas (baza ali) tibb təhsili) təhsil alan tələbələr üçün bu məbləğlər müvafiq olaraq 91–100 bal üçün 200 manat, 71–90 bal üçün 160 manat, 51–70 bal üçün isə 110 manat olacaq.

Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrdən 91–100 bal toplayanlara 110 manat, 71–90 bal arası nəticə göstərənlərə 90 manat, 51–70 bal arası olanlara isə 70 manat məbləğində təqaüd ayrılacaq.

Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsində qiyməti “5” (91–100 bal) olan tələbələrə 110 manat, qiymətləri “4” və “5” (71–100 bal) olanlara 90 manat, qiymətləri “3”–“5” (51–100 bal) olanlara isə 70 manat təqaüd ödəniləcək.

Dövlət başçısının digər Sərəncamı ilə Prezident təqaüdünün məbləği isə 275 manatdan 350 manata qaldırılıb. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə 350 manat məbləğində Prezident təqaüdü alacaq. 

Bütün təqaüdlərin məbləği sentyabrın 1-dən artırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
117
1
xezerxeber.az

10Sources