Rusiya tərəfi vəzifəni Yaxın Şərqdə sabitliyin təmin edilməsinin əsas elementi kimi İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılmasından ibarət olan birbaşa Fələstin-İsrail danışıqlarının qurulmasında görür”.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən məlumat verilib. Nazirlik əlavə edib ki, İsrail parlamentarilərinin belə bir addımı Moskvada ən mənfi şəkildə qarşılanır. “O, Fələstin ərazilərinin yekun statusu üzrə danışıqların nəticəsini faktiki olaraq əvvəlcədən müəyyənləşdirir və İsrailin “Oslo prosesi” çərçivəsində üzərinə götürdüyü öhdəliklərə, habelə BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin müddəalarına ziddir.