Belqoroddan olan cinayət təhqiqatının əməkdaşı Aleksandr Selivanov Baza Telegram kanalının əməkdaşlarından rüşvət almaqda ittiham olunur.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" təqsirləndirilən şəxsin vəkilinə istinadla məlumat yayıb.
"İşdə təxminən 137 min rubl məbləğində bir vəsait qeyd olunur", - məlumatda deyilir.
İyulun 24-də Moskvanın Zamoskvoretski Məhkəməsi Aleksandr Selivanovun sentyabrın 20-dək həbs edilməsi barədə qərar çıxarıb .
Selivanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma maddələri (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsinin “e” bəndi, 290-cı maddəsinin 3-cü hissəsi) ilə ittiham olunub.