EN

Ermənistan Zəngəzurun icarəyə verilməsi məlumatlarını məqsədli yayır...


Ermənistan, kiminlə razılaşmasından asılı olmayaraq, Zəngəzur dəhlizində Azərbaycanın şərtlərini qəbul etməlidir

Ermənistan Nazirlər Kabineti son günlər beynəlxalq mediada yayılan “Tramp körpüsü” iddialarına münasibət bildirib və yayılan xəbərləri təkzib edib.

Rəsmi açıqlamada deyilir ki, “Tramp körpüsü” ilə bağlı xəbərlər həqiqəti əks etdirmir, qeyd olunan məqalənin reallıqla heç bir əlaqəsi yoxdur.

Əslində Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı gizli razılaşmalarına dair yalan-doğru məlumatlar tez-tez yayılır və rəsmi İrəvan da bunu adətən təkzib edir. Lakin Azərbaycanın bu dəhluzlə bağlı hansısa tərəfdaşla müzakirə aparması və ya razılaşma əldə etməsi ilə bağli heç bir informasiya yoxdur. Çünki belə bir fakt mövcud deyil.

Belə bir atalar sözü var, od yanmasa tüstü çıxmaz. Bu cür sonradan Ermənistan tərəfindən təkzib edilən informasiyaların yayılması onu göstərir ki, rəsmi İrəvan bu istiqamətdə gizli cəhdlərdə bulunur, razılaşma alınmayanda isə onu təkzib edir.

Kifayət qədər informasiyalar var ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı birtərəfli qaydada şübhəli qərarlara və razılaşmalara cəhd edir. Ümumiyyətlə, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamadan, Bakının sərtlərini qəbul etmədən Zəngəzur dəhlizi üzrə razılaşmalarının hansı perspektivi ola bilər?

Əvvəla qeyd edək ki, Ermənistan nəinki Zəngəzur dəhlizi, hətta, bütün Ermənistan ərazisi ilə manipulyasiya edərək, hansısa şirkəti və ya dövləti aldadıb ərazisində nəqliyyat dəhlizi tikdirmək istəyir. Diqqətli oxucuların yadındadır ki, Nikol Paşinyan və onun komanda üzvləri bir qədər əvvəl istənilən beynəlxalq konfransda "Dünyanın kəsişməsi" nəqliyyat dəhlizinin xəritəsini nümayiş etdirirdi. Bu onu göstərir ki, Ermənilər hələ də yalanla nəyəsə nail ola biləcəkləri qənaətindədirlər. Amma yanılırlar, əsasən də iqtisadi məsələlərdə müasir dünyada kimisə aldatmaq mümkün deyil. Çünki istənilən iqtisadi məsələni dəyərləndirən beynəlxalq ekspertiza təşkilatları var və onlar dəyərləndirmədə çox dürüstdürlər. Ona görə də ermənilər Hindistanı inandıra bilmədilər ki, onun yükləri Ermənistan üzərindən daha səmərəli şəkildə Avropaya daşına bilər. Bu səbəbdən də Paşinyanın "ölü doğulmus" "Dünyanın kəsişməsi" layihəsi iflasa uğradı.

İndi isə Ermənistan anlayır ki, Zəngəzur dəhlizinin açılması yalniz Azərbaycanın deyil, zamanın tələbidir. Gec-tez bu dəhluz açılacaq. Ermənistan fürsətdən istifadə edərək dəhluzi kimlərəsə sözün əsl mənasında satmaq istəyir. Paşinyan komandası əvvəl bu layihədən Rusiyanı kənarlaşdırmaq üçün dəhlizin yerini Ermənistanın mərkəzinə doğru dəyişmək istədi. Bu həm də Ermənistanın daxili kommunikasiya sistemi üçün səmərəli idi. Lakin bu halda sözügedən dəhluzə marağın azaldığı müşahidə edildi. Ardınca isə Rusiyanın çöküşü başlandı və Ermənistan hakimiyyəti yenidən Zəngəzur dəhlizinə diqqətləri çəkdi. Hazırda isə Ermənistan Zəngəzur dəhlizini ABŞ-a və ya hər hansı bir Avropa ölkəsinə icarəyə verib, bu işdən pul qazanmaq istəyir. Lakin bu sövdələşmələrin heç biri hələ alınmır. Əgər bu sövdəkəşmələrdən hər hansı biri baş tutsa, yalnız bundan sonra Ermənistan Azərbaycanla bu barədə danışmağa baslayacaq. Əlbəttə, 42-43 kilometrlik Zəngəzur dəhlizi 7 min kilometrlik Orta Dəhluzin kiçik bir hissəsidir. Bu yolun 500 kilometrdən çox hissəsi Azərbaycanın quru ərazisindən, bir o qədər hissəsi isə Xəzərin Azərbaycan sektorundan keçir.

Əlbəttə, Ermənistan Zəngəzur dəhlizini icarəyə verəcəksə, ilk növbədə Azərbaycanla sülh müqaviləsini imzalamalı, düşmənçiliyə son qoymalı və dəhliz üzərində maneəsiz hərəkətə dair Azərbaycan tərəfinin şərtlərini qəbul etməlidir. Azərbaycanın bu məsələdə əlini gücləndirən amil hazırda Gürcüstan üzərindən alternativ, lakin bir qadər uzaq yolun olmasıdır. Hazırda Bakı-Tiflis-Qars dəmir yolu Orta Dəhluzin bir halqası kimi fəaliyyət göstərir. Baxmayaraq ki, bu dəhluzlə yüklər Çindən Avropaya bir gün gec - 8 günə çatır, hazırda bu istiqamətdə yük dövrüyyəsi artmaqdadır.

Sonda bir daha qeyd edək ki, Ermənistan Zəngəzur dəhlizini kimə icarəyə verirsə-versin, amma sonda bu dəhluz üzərində Azərbaycanın şərtlərini qəbul edərək, Naxçıvanı ölkənin qərb rayonları ilə birləşdirən bu yolda yüklərimizin və sərnişinlərimizin maneəsiz hərəkətini təmin etmək məcburiyyətində qalacaq.

Akif NƏSİRLİ

Chosen
104
baki-xeber.com

1Sources