EN

XİN Rusiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında ismarış yerləşdirilib.

“Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında deyilir. Dördpendirli pizza

Xatırladaq ki, bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.


Telegram kanalımız
Chosen
14
50
yenisabah.az

8Sources