EN

Ramazan Kadırov Bodrumda ölümdən döndü

Çeçenistan rəhbəri Ramzan Kadırov tətilə getdiyi Türkiyədə boğulma təhlükəsi ilə üzləşib.

Heftelik.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Bodrumda 5 ulduzlu bir oteldə baş verib.

Dənizdə üzməyə başlayan Ramazan Kadırov bir anda çırpınmağa başlayıb. Bunu görən ətrafdakı xilasedicilər onu sudan çıxarıb və təcili yardım xidməti dəvət olunub. Həkimlər Ramazan Kadırova ilkin tibbi yardım göstərib və o, özəl bir xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, Ramazan Kadırovun həyati təhlükəsi yoxdur, sağlıq durumu yaxşıdır.

Chosen
73
heftelik.az

1Sources