EN

“İsrail Şamadək gəlib çıxa bilər...”- “Epşteynin şantajlarının arxasında “Mossad” dayanır...”

“İsrail bu baxımdan dünyanın bir ərköyün uşağına çevrilib. Çünki digər dövlətlərin siyasətçiləri İsrailin təhdidlərindən qorxurlar və təəssüf ki...”
 
Görəsən, İsrailin Suriyaya qarşı hələlik ABŞ-ın müdaxiləsi sayəsində səngimiş hücum və təxribatları Türkiyənin birbaşa silahlı qarşıdurmaya çəkilməsinə və bununla Netanyahu rejiminin öz məkrli planlarını həyata keçirməsinə yönəlməyib ki? Bəlkə məqsəd sadəcə qədim Şama qədər “vəd olunmuş torpaqları” ələ keçirməkdir? Təbii ki, İsrailin təkbaşına NATO-nun ikinci ordusuna malik Türkiyə ilə döyüşmək potensialı yoxdur. Yoxsa İsrail bu işdə də ABŞ-a və bəzi digər Qərb ölkələrinə güvənir?
 
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
 
“İsrailin Suriyaya qarşı apardığı hücum və təxribatlar, bir növ kompleks tədbirlərdir. Suriyanın daxilində druzları qızışdırıb, silahlandırıb onları separatçılığa sövq etməklə onlara qarşı zorakılıq tətbiq edilməsinə şərait yaratmaq birinci addımdır. İkinci addım isə guya İsrailin təhlükəsizliyi üçün ciddi təhdid yaratdığına görə Suriyanın hərbi potensialını davamlı bombalamaqla sıradan çıxarmaqdır...  
 
Ümumiyyətlə, dünyanın heç bir ölkəsinə belə bir imkan şərait yaradılmayıb ki, bir başqa dövlətin silahlı qüvvələrini sıradan çıxarsın ki, bu mənə təhlükədir. İsrail bu baxımdan dünyanın bir ərköyün uşağına çevrilib. Çünki digər dövlətlərin siyasətçiləri İsrailin təhdidlərindən qorxurlar və təəssüf ki, onun bu aqressiv hərəkətlərinə göz yummaqda davam edirlər...
 
Suriya məsələsində İsrail rejiminin bir neçə məqsədi var. Birincisi, Suriyanın hərbi potensialını bərpa etməsinə imkan verməmək və bu ölkəni də Qəzza və yaxud Livan kimi təsiri altında saxlamaq və onların vəziyyətinə salmaqdır...
 
İkinci məqsəd, şübhəsiz ki, Suriyanın sərhədə yaxın müəyyən torpaqlarını mənimsəmək və ola  bilsin ki, hətta qədim Şama, yəni Dəməşqədək gəlib çıxmaqdır.  Və bu da mümkün ola bilər, çünki İsraildəki mövcud hökumət dinçi-sionist hökumətdir və öz siyasətində məhz Tövratda(əslində saxtalaşdırılmış-S.L.) cəfəngiyyata söykənir.  Xüsusilə sağçı sionistlərin təsiri altındadır və bu, onların müvafiq siyasətlərinə əsaslanır. Necə ki, hazırda Fələstini- Qəzzanı deportasiya etmək planlarını icra etməyə hazırlaşır və bu haqda açıq və aktiv şəkildə danışıqlar aparır, elə də qonşuluqdakı ərəb dövlətlərindən bir neçəsinin torpaqlarına sahib çıxmaq istəyirlər. Dediyim kimi, bu, o hakimiyyətin tərkibində olanların maraqlarından irəli gəlir. Çünki o tərkibdəkilər ifrat sağçı sionistlərdir və ifrat sağçı dindarlardır...
 
Maraqlıdır ki, dünya miqyasında bu məsələlər barədə çox az müzakirələr aparılır. Amma səbəb bəllidir – “antisemitizm” deyib özlərinə əl qatan İsrail rejiminin saxta ittihamlarından qorxurlar...  
 
İsrailin üçüncü məqsədi eyni zamanda Türkiyəni regional konfiliktə cəlb etmək və öz ətrafına Qərb dövlətlərini toplamaqla öz müdafiə mövqelərini gücləndirməkdir. Bu məqsəd, Qərb ölkələrinin dəstəyi ilə həyata keçirilir, lakin əsas məqsəd İsrailin özünün regiondakı strateji mövqeyini qorumaq və gücləndirməkdir. Bax,İsrail ən azı bu məqsədlərə xidmət göstərir... 
 
Bununla İsrail həm də Türkiyəni Qərbdən təcrid edərək bölgədə söz sahibinə çevrilməkdir.  Beləliklə, bapbalaca bir İsrail belə bir iddialara düşübdür və mənə elə gəlir ki, heç iddiaları da “haqsız” deyil. O məna da ki, Donald Trampın bu məsələlərə qol qoyacağına əmindirlər...
 
Bilirsiz ki, Cefri Epşteyn qalmaqalı Amerikanı silkələryir, özü də getdikcə daha ciddi şəkildə silkələyir. Həmin o uşaqbaz, sutenyor Epşteyn dünyanın məşhur siyasətçilərini, adamlarını uşaqbazlığa və s. cəlb edərək onlar barəsində çoxsaylı ifşaedici materillar toplayıb. Bu gün ABŞ-da Trampın öz yaxın tərəfdarları açıq şəkildə deyirlər ki, bunun arxasında “Mossad” dayanır. Və bu, şantaj xarakteri daşıyır. Şantajın məqsədi nədir? Onları İsrailin iradəsinə tabe etmək. İradə də nədir? İsraili müstəqil bir gücə, ən azı Yaxın Şərqdə söz sahibinə çevirmək. Suriyadakı təxribatların Türkiyəyə istiqamətlənmiş hissəsi də məhz Türkiyəni zəiflətməyə yönəlib...”
 
Sultan Laçın
 
Chosen
27
moderator.az

1Sources