Nigeriyanın “Plato Yunayted” klubunun mərkəz müdafiəçisi Olavale Doyeni bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, nigeriyalı futbolçu “Karvan”la 1+1 illik müqaviləyə imza atıb. O, Yevlax klubuna azad agent kimi cəlb edilib.
21 yaşlı mərkəz müdafiəçisi son olaraq ölkəsinin “Plato Yunayted” klubunda forma geyinib. Olavale Doyeni daha öncə Nigeriyanın “Dakkada” və “Enuqu Reyncers” komandalarının da uğurları üçün çalışıb.
Gənc oyunçu keçidi ilə bağlı təəssüratlarını da bölüşüb: “Karvan”a keçdiyim üçün xoşbəxtəm. Ümid edirəm ki, burada hər şey yaxşı olacaq”.
Xatırladaq ki, “Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens və Qavi Tompsonla da müqavilə bağlamışdı. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov və Roman Hüseynov komandanı tərk ediblər. Kamran İbrahimov isə klubla yeni müqaviləyə imza atıb.