EN

Cüdoçumuz EYOF-da erməni rəqibinə ipponla qalib gəldi

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Ermənistandan olan rəqibinə ipponla qalib gəlib.

İdmanxeber.az-ın məlumatına görə, mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn M.Ağakişiyev 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (81 kq) də 1/4 finala vəsiqə əldə edib.

Chosen
118
12
idmanxeber.az

10Sources