EN

Suriyada silah anbarı partladı: 5 nəfər öldü, 63 nəfər yaralandı

Suriyanın şimalında İdlib əyalətində silah anbarında törədilən silsilə partlayışlar nəticəsində 5 nəfər ölüb, 63 nəfər yaralanıb.

Operativ Media xarici KİV-lərə istinadən xəbər verir ki, İdlibin şimalında Kefraya qəsəbəsindəki silah və sursat anbarında naməlum səbəbdən 15 partlayış baş verib.

Yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb. Partlayışların gücü yaxınlıqdakı tikililərə də ziyan vurub.

 

Gözəl Azadəliyeva

Chosen
80
operativmedia.az

1Sources