EN

"Vulverhempton" Kolumbiya millisinin üzvünü transfer etdi

BAKI, 24 iyul. TELEQRAF

Braziliyanın "Fluminense" klubunun futbolçusu Con Arias İngiltərənin "Vulverhempton" komandasına keçib.

Teleqraf xəbər verir ki, bu barədə "canavarlar"ın rəsmi saytı məlumat yayıb.

27 yaşlı cinah yarımmüdafiəçisi yeni klubu ilə 4+1 illik müqavilə imzalayıb. "Fluminense" transferdən 17 milyon avro qazanıb.

Qeyd edək ki, Con Arias 2021-ci ilin yayından "Fluminense"nin şərəfini qoruyurdu. O, Kolumbiya yığmasının üzvüdür.

Chosen
71
teleqraf.com

1Sources