EN

Aİ: Çin və Aİ əməkdaşlıq modelini yenidən nəzərdən keçirməlidir

“Pekin və Brüssel arasında iqtisadi əlaqələr dönüş nöqtəsinə çatıb, çünki tərəflər əməkdaşlıq modelini yenidən nəzərdən keçirməli və faydaları daha ədalətli şəkildə bölüşdürməlidirlər”.

Bakues.az “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Çindəki Ticarət Palatasının sədri Yens Eskelund deyib.

Onun sözlərinə görə, Çin ikitərəfli ticarətdən daha çox fayda əldə edir, çünki Aİ-nin istehsal sektoru Çindən gələn daha ucuz malların bolluğu ilə rəqabət aparmaqda çətinlik çəkir:

“Son 50 illik ikitərəfli əlaqələrə nəzər saldıqda, bunların hər iki tərəf üçün çox faydalı olduğunu görürük. İndi sual ondan ibarətdir ki, əgər Çindən gələn çox güclü təzyiqin Avropa şirkətləri üçün itkilərə səbəb olduğu bir vəziyyətdəyiksə, o zaman niyə bunu edirik?!”.

Asim

Chosen
38
1
icma.az

2Sources