EN

bp Azərbaycan neftinin keyfiyyət problemləri ilə bağlı yayılan informasiyaya aydınlıq gətirib

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca bütün obyektlərdə neftinkeyfiyyətinə dair hərtərəfli qiymətləndirmənin nəticələri göstərdiki, Ceyhan terminalına qədər boru kəmərinin bütün sahələrindəAzərbaycan nefti texniki spesifikasiyaların tələblərinə cavabverir.

Bu barədə Trend-inBP Plc və İtaliyanın “Eni” şirkəti tərəfindən Azərbaycan neftindəüzvi xloridlərin aşkar olunması haqda yayılmış informasiya iləbağlı sorğusuna cavab olaraq "bp Azerbaijan" şirkətindənbildirilib.

“BTC Co” bəzi BTC blend neft partiyalarında üzvi xloridlərintərkibi ilə bağlı keyfiyyət probleminin mümkünlüyü barədəməlumatlandırılıb. Bundan sonra “BTC Co” boru kəməri boyunca bütünobyektlərdə neftin keyfiyyətinə dair ətraflı qiymətləndirmə aparıb."BTC Co" boru kəməri boyunca bütün obyektlərdə qiymətləndirmənitamamlayıb. Nəticələr göstərib ki, neft boru kəmərinin bütünhissələrində Ceyhan terminalına qədər spesifikasiya tələblərinəcavab verir”, – deyə "bp Azerbaijan" şirkətindən bildirilib.

Şirkət qeyd edib ki, Ceyhan terminalında da anbarların vəziyyətiqiymətləndirilib:

“Nəticələr bəzi anbarlarda üzvi xloridlərin olduğunu göstərib.Bununla bağlı müvafiq tədbirlər görülüb. Hazırda problemin tamaradan qaldırılması və vəziyyətin araşdırılması üçün planlarhazırlanır. Hazırda Ceyhan terminalında yalnız neftinspesifikasiyalara uyğun olduğu anbarlardan yükləmələr davam edir.BTC boru kəməri vasitəsilə ixrac fəaliyyəti də davam edir”.

"bp Azerbaijan" əlavə edib ki, “BTC Co” Ceyhan terminalında hərbir yükləmədən əvvəl neft nümunələrinin götürülməsini davametdirəcək, bununla da hər partiyanın müəyyən olunmuşspesifikasiyalara uyğunluğunu təmin edəcək.

Xatırladaq ki, bundan əvvəl bəzi media orqanlarındaBakı–Tbilisi–Ceyhan neft kəməri ilə nəql olunan neftin üzvixloridli yanacaqla çirkləndiyi barədə məlumatlar yayılmışdı.Bildirilirdi ki, bu maddələr xammalın hasilatını artırmaq məqsədiləistifadə olunur. Bu barədə “BP Plc” və İtaliyanın “Eni” şirkətiməlumat vermişdi.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)məlumatına görə, Bakı–Tbilisi–Ceyhan neft kəməri istismaraverildiyi vaxtdan bu ilin 1 iyul tarixinədək Azərbaycan neftininümumi ixrac həcmi 612,2 milyon ton təşkil edib.

Hazırda kəmərlə, əsasən, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarblokundan hasil olunan neft və “Şahdəniz”dən çıxarılan kondensatnəql olunur. Bundan əlavə, kəmərlə Xəzərin digər bölgələrindən –Qazaxıstan, Türkmənistan və həmçinin, SOCAR tərəfindən Azərbaycandahasil edilən əlavə neft və kondensat həcmləri də daşınmaqda davamedir.

"BTC Co" şirkətinin səhmdarları aşağıdakılardır: bp (30,10%),SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), “Eni” (5,00%),“TotalEnergies” (5,00%), ITOCHU (3,40%), “ONGC Videsh” (3,10%),“ExxonMobil” (2,50%) və INPEX (2,50%).

Məqalədə:
Chosen
17
5
az.trend.az

6Sources