EN

“Milan” Ekvador millisinin futbolçusunu transfer edib

Bakı, 24 iyul, AZƏRTAC

İtaliyanın “Milan” komandası heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriya təmsilçisi İngiltərə “Brayton”undan Pervis Estupinyanın keçidini rəsmiləşdirib.

Ekvador millisinin üzvü ilə 2030-cü ilədək müqavilə imzalanıb.

Chosen
103
azertag.az

1Sources