Mingəçevirdə qadın təcili yardım maşınında uşaq dünaya gətirib.
Avtosfer.az xəbər verir ki, 1995-ci il təvəllüdlü şəhər sakini Səbirə Abdulkərim qızı Balakişiyevanın doğum sancıları ilə əlaqədar Təcili Tibbi Yardım Xidmətinə çağırış edilib. Həkim briqadası hadisə yerinə çatsa da, qadın xəstəxanaya çatanadək ikinci dəfə ana olub.
O, 4200 qram çəkidə qız uşağı dünyaya gətirib. Doğum şöbəsinə yerləşdirilən ana və körpənin durumu normal olaraq qiymətlındirilir.(unikal)