Bakı, 24 iyul, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki,Türkiyə təmsilçisi “Beşiktaş” bu raundda Arda Turanın başçılıq etdiyi Ukrayna “Şaxtyor”u ilə üz-üzə gələcək.
Görüş İstanbulda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra keçiriləcək.