EN

Eşli Yanq “Everton”u “İpsviç Taun”a dəyişdi

İngiltərə milli komandasının sabiq futbolçusu, bu yay “Everton”dan ayrılmış Eşli Yanq bundan sonra “İpsviç Taun”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən məlumat verir.

40 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə bağlayıb. O, 2025/2026 mövsümünün sonunadək bu komandanın uğurları üçün çalışacaq.

Eşli Yanq 2023-cü ilin iyul ayından “Everton”da çıxış edirdi. O, geridə qalmış 2024/2025-ci illər mövsümündə bu komandanın heyətində 36 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Yanqın “Everton” karyerası bütövlükdə 70 oyun, 2 qol və 4 assistdən ibarətdir.

Təcrübəli yarımmüdafiəçi ölkəsində “Aston Villa” (247 oyun, 38 qol, 60 assist), “Uotford” (110 oyun, 22 qol, 9 asist) və “Mançester Yunayted” (261 oyun, 19 qol, 43 assist) klublarının da uğurları üçün çalışıb. Ulduz futbolçu məhz “qırmızı şeytanlar”ın formasını geyindiyi dönəmdə daha çox parlayıb. 2020/21 mövsümündə isə Yanq İtaliyanın “İnter” klubunda legioner həyatı yaşayıb – 59 oyun, 5 qol, 9 asist.

Müdafiəçi İngiltərə millisinin forması ilə meydana çıxdığı 39 matçda 7 qol vurub. Yaşlı futbolçunun bu yay karyerasını başa vurması gözlənilsə də, o, daha bir il oynamağa qərar verib.

“Transfermarkt” internet-portalı 40 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Chosen
14
arena.az

1Sources