EN

Qadın təcili yardım maşınında uşaq dünaya gətirdi

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mingəçevirdə qadın təcili yardım maşınında uşaq dünaya gətirib.

"Unikal"ın məlumatına görə, 1995-ci il təvəllüdlü şəhər sakini Səbirə Abdulkərim qızı Balakişiyevanın doğum sancıları ilə əlaqədar Təcili Tibbi Yardım Xidmətinə çağırış edilib. Həkim briqadası hadisə yerinə çatsa da, qadın xəstəxanaya çatanadək ikinci dəfə ana olub.

O, 4200 qram çəkidə qız uşağı dünyaya gətirib. Doğum şöbəsinə yerləşdirilən ana və körpənin durumu normal olaraq qiymətlındirilir.

Ehtiram Muradov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
2
unikal.az

4Sources